Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:01

Qanqster özündən bəhs edən filmə baxıb?


Balcerin bandasının öldürdüyü qurbanlardan birinin qardaşı hesab edir ki, filmdə qanqster obrazı romantikləşdirilib

Balcerin bandasının öldürdüyü qurbanlardan birinin qardaşı hesab edir ki, filmdə qanqster obrazı romantikləşdirilib

Boston mafiyasının qurbanları Martin Skorsezinin «Dönüklər» filminə və Amerika Kino Akademiyasının onu yüksək qiymətləndirməsinə etiraz edirlər. Bu film bir neçə Oskar mükafatı, o cümlədən «ən yaxşı film»ə görə Amerika Kino Akademiyasının baş mükafatını alıb.



Film irland mafiyasının başçısı Ceyms Balcerin həyatını əks etdirir. 19 qətldə ittiham olunan Balcer Bostonun cinayət avtoritetidir.



Balcerin bandasının 1984-cü ildə iztirabla öldürdüyü qurbanlardan birinin qardaşı Kristofer Makintayr hesab edir ki, filmdə qanqster obrazı romantikləşdirilib.


Başqa qurbanların da qohumları buna bənzər iddialarla çıxış edirlər.


Hazırda Ceyms Balcverin 77 yaşı var, o, FTB-nin ən çox axtardığı 10 nəfərdən biridir. Onun yeri barədə məlumat verənə 1 milyon dollar mükafat vəd edilir.


Bəzi məlumatlara görə, Ceyms Balcerin özü də San-Dieqo kinoteatrından birində «Dönüklər» filminə baxıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG