Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:08

Səddama ölüm cəzası kəsən hakim Britaniyadan sığınacaq istəyir


Hakim Rauf Rəşid Abd əl-Rəhman, 30 may 2006

Hakim Rauf Rəşid Abd əl-Rəhman, 30 may 2006

Səddam Hüseynə ölüm cəzası kəsən İraq hakimi özünə Böyük Britaniyada sığınacaq istəyir. Bu haqda «əl-Cəzirə» ərəb telekanalı bildirib.


«Əl–Cəzirə»nin Londondakı müxbiri xəbər verir ki, hakim Rauf Rəşid Abd əl-Rəhman sığınacağı dekabrın ortalarında ailəsi ilə birlikdə Britaniyaya səfərindən sonra istəyib.


Britaniya Daxili İşlər Nazirliyi adətən sığınacaqla bağlı şəxsi xahişləri şərh etməkdən yayınır. Nazirlik «əl-Cəzirə»nin məlumatını şərh etməkdən imtina edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG