Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:46

«Varlanmaq ən yaxşı intiqamdır»


İndi Rusiyanın da 53 milyarderi var
İndi Rusiyanın da 53 milyarderi var

Varlıları iki kateqoriyaya ayırırlar: milyardı miras kimi alanlar, bir də qazananlar. Rus milyarderlərini bu kateqoriyalardan heç birinə aid edə bilmirlər. Halbuki onların da pulu var, həm də hamıdan çox. Avropada milyarderlərlə bağlı müşahidə aparan Luiza Kroll: «Rusiyada 19 yeni milyarder var, üstəlik yüksək səviyyəli milyarderlərdən biri - Boris Berezovski yerinə qayıdıb. Heyranedici fakt odur ki, rus milyarderlərinin orta yaşı 46-dır. Bu, milyarderin orta yaş həddindən - 62-dən 16 il azdır. Və rus milyarderlərinin heç biri var-dövləti miras kimi almayıb. Nə də biz onların bu pulları asan yolla əldə etmək bacarığını təsvir edəcək termini tapa bilməmişik».


Yeni rus milyarderlərindən ən varlıları təbii resurslara, xüsusilə də neft və qaza görə varlananlardır. Amma bank işi, telekommunikasiya, qumar, mineral gübrələr, pərakəndə satışın da sayəsində varlananar var.


Londonda sığınacaq tapan rus maqnatı Boris Berezovski bir neçə ildən sonra yenə milyarderlər siyahısına qayıdıb. «Forbes» jurnalının 97-ci il siyahısında Berezovski Rusiyanın ən varlı adamı idi. İndi isə siyahıda birinci 40 yaşlı Roman Abramoviçdir, onun 18,7 milyard dolları var. Abramoviç rus varlılarının siyahısına üç ildir başçılıq edir. «Forbes»in baş redaktoru Stiv Forbes deyir ki, 2007-ci ilin əsas dəyişikliklərindən biri rus milyarderlərinin artmasıdır: «Almaniya 55 milyarderlə ikinci yerdədir. İndi Rusiyanın da 53 milyarderi var. Amma ruslar milyarderlərin sayına görə, Almaniyadan geri qalırlar. Əslində, rus milyarderlərinin var-dövləti almanlarınkından çoxdur. Varlanmaq ən yaxşı intiqamdır».


Varlanma Rusiyada həm də şəffaf olmayan prosesdir. Rus milyarderlərinin pulunun hardan gəldiyini öyrənmək mümkün deyil, bilməksə təhlükəlidir. 2004-cü ildə «Forbes» jurnalı rus redaktorunu itirdi. Redaktor Pol Xlebnikov Moskvada güllələndi. Çoxları əmindir ki, bu qətl Xlebnikovun rus varlıları barədə araşdırmalarıyla bağlıdır. Amma bəzən şəffaflıq da olur. Luiza Kroll: «Əslində, «Forbes» bizim qiymətləndirmələri yerinə yetirir, biz də ora-bura hesablayırıq. Çünki indi bir çox rus maqnatları həm Rusiyadakı, həm də xaricdəki şirkətlərini sadalayırlar. Şəffaflıq bir az artıb. Görəndə ki, bu var-dövlətin çoxu ictimaiyyətə bəllidir, hesablamaq asan olur».


Keçmiş SSRİ-dən Rusiyadan başqa, yalnız Ukrayna və Qazaxıstanın milyarderləri var. Ukraynada milyarderlərin sayı 7, Qazaxıstanda isə 5-dir. Ən çox milyarderi olan ölkə isə Birləşmiş Ştatlardır. Amerikada 415 milyarder var, onların ümumi var-dövləti 1,6 trilyon dollardır.


Ümumiyyətlə, dünyada varı milyard dolları keçən 946 adam var.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG