Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:29

Səfər Əbiyev əsgərlərin könüllü əsir düşməsini təkzib edir


«Ordudakı belə halların qarşısını almaq üçün lazımi işlər görülür»
«Ordudakı belə halların qarşısını almaq üçün lazımi işlər görülür»

«Azərbaycan əsgərlərinin ordudakı vəziyyətlə bağlı bilərəkdən qarşı tərəfə, Ermənistan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərə keçməsi haqda deyilənlər həqiqətəuyğun deyil».


Müdafiə naziri Səfər Əbiyev martın 9-da «Azadlıq» radiosuna açıqlamasında belə deyib.


Ordudakı vəziyyətlə bağlı ombudsmana edilən şikayətlərə toxunan nazir bildirib ki, əsgər və zabitlərin özlərinin də müəyyən səhv hərəkətləri olur və bunu ört-basdır etmək üçün onlar müvəkkilə şikayətlər edirlər. «Həmin şikayətlər Müdafiə Nazirliyinin özünə da edilir. Nazirlik problemi araşdırır və nəticələri barədə əsgər və zabitlərə, onların valideynlərinə məlumat verir. Ancaq bu cavablar onlara sərf etmədiyindən yenidən ombudsmana müraciət edirlər. Ordudakı belə halların qarşısını almaq üçün lazımi işlər görülür», - deyə cənab Əbiyev vurğulayıb.


Ötən ilin dekabrında Azərbaycan ordusunun üç əsgəri- Vüsal Qaracayev, Eldəniz Nuriyev və Samir Məmmədov Ermənistan Silahlı Qüvvələrinə əsir düşüb.


Vüsal Qaracayev və Eldəniz Nuriyev geri təhvil vverilsə də, Samir Məmmədov hələ də əsirlikdədir.


Yerli mətbuatda Azərbaycan əsgərlərinin ordudakı vəziyyətlə bağlı qarşı tərəfin nəzarət etdiyi ərazilərə keçməsi barədə müxtəlif məlumatlar dolaşır.


Bu günlərdə isə İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova bəyan edib ki, ordudakı vəziyyətlə bağlı onlara çoxlu sayda şikayətlər daxil olur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG