Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:21

İnsanov məhkəməni ona qarşı qərəzdə ittiham edib


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq Səhiyyə naziri Əli İnsanov və digər on nəfərin məhkəməsində ayrı-ayrı obyektlərin özəlləşdirilməsi, alqı-satqısı ilə bağlı şahid ifadələri dinlənilib. İnsanov məhkəməni ona qarşı qərəzdə ittiham edib. Deyib ki, onu və yaxın qohumlarını qanunsuz özəlləşdirmədə ittiham etmək düzgün deyil. Sabiq nazir 1 saylı xəstəxananın həyətində oğlunun qarajı özəlləşdirdiyini etiraf edib. Ancaq Ə.İnsanov deyib ki, oğlu həmin yeri «ikinci əldən» alıb.


Əsas təqsirləndirilən daha sonra bildirib ki, məhkəmədə poliklinikanın bir otağının necə özəlləşdirildiyi araşdırılır, digər otaqların necə özəlləşdirildiyi isə yaddan çıxarılır. Onun sözlərinə görə, bu, «piroqun böyük parçasını yeyənlərə göz yumulması deməkdir».


Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd və kütləvi ixtişaş ittihamı ilə həbs edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG