Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:12

Dünyada siqaret əleyhinə kampaniya necə aparılır?


Bəs, Azərbaycanda siqaret əleyhinə mübarizə necə aparılır?
Bəs, Azərbaycanda siqaret əleyhinə mübarizə necə aparılır?

Azərbaycandakı «Addım» Gənclər Qrupu siqaret əleyhinə kampaniyaya başlayıb. Qurum təklif edir ki, Avropa və dünyanın inkişaf etmiş ölkələrində siqaret əleyhinə görülən tədbirlər Azərbaycanda da tətbiq edilsin.


Bəs, Avropada siqaret əleyhinə necə mübarizə aparılır?


Böyük Britaniyada siqaret qutusunun ən azı 1/3-ü və qutunun hər iki tərəfində xəbərdarlıq yerləşdirilir. Qutunun ön tərəfində, ağ fonda, böyük hərflərlə «Siqaret çəkmək öldürür» yazısı, arxa tərəfində isə tütün məmulatlarının törətdiyi müxtəlif fəsadlar haqqında məlumat yerləşdirilir.


Avstraliyada isə qutunun ön tərəfinin ən azı 1/3-də siqaretin səbəb olduğu xəstəliklər, arxa tərəfində (qutunun 90 faizini əhatə etmək şərti ilə) isə bu xəstəliklər nəticəsində ziyan görmüş bədən orqanlarının şəkilləri yerləşdirilir. Təbii ki, bu xəstəliklər haqqında ətraflı məlumat şəkilləri müşayiət edir. Bundan başqa, siqaret çəkməyi dayandırmaq istəyənlər üçün qaynar xəttin nömrəsi qutuların üzərinə yerləşdirilir.


Kanadada qutunun ön və arxa tərəflərində siqaretin törətdiyi fəsadlar, həmçinin cinsi zəifliyə səbəb olması barədə xəbərdarlıq yerləşdirilir.


Avstriya və Almaniyada isə siqaret qutusunun ön və arxa tərəflərində müxtəlif xəbərdarlıqlar yerləşdirilir. Bu xəbərdarlıqlar qutunun ən az 30 faizini əhatə etməlidir.


Türkiyədə də siqaret qutusunun ön və arxa tərəfində onun zərərləri və «Siqaret çəkmək öldürür» xəbərdarlığı yerləşdirilir.


Azərbaycanda isə ən kiçik şriftlərlə qutunun bir küncündə «Səhiyyə Nazirliyi xəbərdarlıq edir: Siqaret çəkmək sizin səhhətiniz üçün təhlükəlidir» sözləri yazılıb. Bir çox qutuda isə «Səhiyyə Nazirliyi xəbərdarlıq edir» məlumatı çox kiçik şriftlərlə, görünməz şəkildə yazılıb. Xəbərdarlıqlar bəzən açıq fon üzərində açıq rənglərlə yazılır.


«Addım» Gənclər Qrupu təklif edir ki, müvafiq qurumlar Azərbaycanda siqaretlə mübarizə üçün inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi üçün tədbirlər həyata keçirsinlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG