Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:33

«Ermənistanın taleyi sual altında qalacaq»


Prezident Azərbaycan-türk diaspor təşkilatlarının görüşünün mühüm əhəmiyyət daşıdığın deyir

Prezident Azərbaycan-türk diaspor təşkilatlarının görüşünün mühüm əhəmiyyət daşıdığın deyir

«Ermənistan dövləti Azərbaycan torpaqlarından və Türkiyəyə qarşı iddialarından əl çəkməlidirlər. Əgər onlar bu iddialarından əl çəkməsələr, Azərbaycan torpaqlarını boşaltmasalar, onda Ermənistanın özünün taleyi sual altında qalacaq»- Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Dünya Azərbaycanlıları və Türk diaspor təşkilatlarının rəhbərlərinin 1-ci Forumunda belə deyib. Dövlət başçısı bildirib ki, türk diaspor təşkilatları rəhbərlərinin burada toplaşması, türk dünyasının inkişafı, türklərin dünyada öz sözlərini deməsi üçün mühüm əhəmiyyət daşıyır. «Diaspor təşkilatları Türkiyənin, Azərbaycanın, həm də bütün dünyada yaşayan türklərin maraqlarını müdafiə etmək üçün bundan sonra da səylərini birləşdirməlidirlər».


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışında Ermənistan və erməni lobbilərinin hal-hazırda türk dövlətlərinə qarşı iyrənc siyasət yeridiklərini bildirdi. Baş nazir deyir ki, bunun qarşısını almaq üçün türklər öz güclərini ortaya qoymalıdırlar


Dünya Azərbaycanlıları və Türk diaspor təşkilatlarının rəhbərlərinin 1-ci Forumuna 48 ölkədən 513 nəfər qatılıb. Onlardan 173-ü Azərbaycan, 140-ı türk, 14-ü Axısxa, 23-ü İraq diaspor təşkilatlarının nümayəndələri, 5-i isə Kipr türklərinin nümayəndəsidir. Forumda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası, Bakı Bəyannaməsi, türkdilli xalqlara müraciət, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət nümayəndələrinə müraciət, 1915-ci il erməni soyqırımı ilə bağlı qərar qəbul edən ölkələrə etiraz bəyanatı veriləcək.


Günün ikinci yarısı forum öz işini «Park İnn» otelində davam etdirəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG