Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:22

8 Mart aksiyası dağıdıldı


Müəllimlərin etiraz aksiyası, Tehran, 8 mart 2007
Müəllimlərin etiraz aksiyası, Tehran, 8 mart 2007

Tehranda təxminən 3 min müəllim martın 8-də parlamentin qarşısında etiraz aksiyası keçiriblər.


Onlar əmək haqlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Aksiyaçılar ölkə rəsmilərini onların ağır vəziyyətinə biganə yanaşmaqda günahlandırıblar.


Bu, son bir neçə gün ərzində İranda müəllimlərin keçirdiyi 3-cü aksiyadır.


«Farda» radiosu İran Müəllimlər Hərəkatının 20-yə yaxın fəalının həbs olunduğunu xəbər verir. Hələlik onların yeri bəlli deyil.


Başqa bir məlumata görə isə, polis insan haqları fəallarının parlamentin qarşısında aksiya keçirməsinə imkan verməyib.


Onlar bununla 8 Mart – Beynəlxalq Qadınlar Gününü qeyd etmək istəyirmişlər. Lakin polis kütləyə hücum çəkərək onları döyməyə başlayıb.


Aksiyanın təşkilatçılarından biri Fatimə Goorai : «Polis kütləni amansızcasına dağıtdı. Biz döyülən insanların arasındaydıq. Bir qadın ayağından ciddi xəsarət alıb, bəzi tələbələr ağır yaralanıb».


Fatimə Goorai martın 4-də Tehranda keçirilmiş etiraz aksiyası zamanı həbs olunmuş qadınlardan biridir. Onların çoxu azad olunsa da, 3-ü hələ də həbsdədir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG