Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:32

Foruma 40 ölkədən 700-ə yaxın təşkilat nümayəndəsinin qatılacağı gözlənir


«Çox yerlərdə bu foruma görə, həm sevinən, həm kədərlənən, həm də nüfuzunu aşağı salmaq üçün müəyyən addım atmaq istəyənlər var». Bu fikir martın 8-də «Dünya Azərbaycanlıları və Türk diaspor təşkilatlarının rəhbərlərinin 1-ci forumu» ilə bağlı təşkil olunan toplantıda səslənib.


Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, üç gün ərzində keçirilməsi nəzərdə tutulan forumun davamı kimi, martın 10-da Avropa-Azərbaycan Konqresinin 2-ci qurultayı da olacaq. Forumun sonunda İşçi Qrupun yaradılması, üzvlərinin isə hər il, ya da iki ildən bir toplanması planlaşdırılıb.


«Dünya Azərbaycanlıları və Türk diaspor təşkilatlarının rəhbərlərinin 1-ci forumu»nun martın 9-da rəsmi açılışı olacaq və təqribən 40 ölkədən 700-ə yaxın təşkilat nümayəndəsinin tədbirə qatılacağı gözlənir.


Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da bu tədbirdə iştirak edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG