Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:45

Platini: «Güman ki, oyunlar neytral meydanda keçiriləcək»


«Yaxın gələcəkdə Cenevrədə qarşılaşmaların keçiriləcəyi yer müəyyənləşəcək»

«Yaxın gələcəkdə Cenevrədə qarşılaşmaların keçiriləcəyi yer müəyyənləşəcək»

«Biz artıq hər iki ölkənin futbol assosiasiyasından təkliflər almışıq və yaxın gələcəkdə Cenevrədə qarşılaşmaların keçiriləcəyi yer müəyyənləşəcək. Güman ki, oyunlar neytral meydanda keçiriləcək».


Gürcüstanda səfərdə olan UEFA prezidenti Mişel Platini jurnalistlərin Azərbaycan-Ermənistan futbol yığmalarının qarşılaşmalarının harda olacağı haqda sualına cavab verərkən belə deyib.


Futbol üzrə Azərbaycan və Ermənistan yığmaları 2008-ci il Avropa Çempionatının seçmə mərhələsində eyni qrupa düşüb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bildirir ki, qarşılaşmalar yalnız neytral meydanda keçirilməlidir.


Ermənistan Futbol Federasiyasının rəsmiləri isə oyunların Bakı və Yerevanda keçirilməsinə tərəfdardı.


İki yığmanın qarşılaşması bu ilin sentyabr ayında baş tutmalıdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG