Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:32

Ət bazarında polislə qarşıdurma olub


Polisin nəzarəti ilə kran köşkləri sökür, 8 mart 2007

Polisin nəzarəti ilə kran köşkləri sökür, 8 mart 2007

Martın 8-də Yasamal rayonu Şərifzadə küçəsində yerləşən «Yeni Yasamal ət bazarı»nın sökülməsi zamanı satıcılarla və polis arasında toqquşma baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev «Azadlıq» radiosuna bildirib ki, 7 nəfər polis əməkdaşı xəsarət alıb, onlardan 2-nin vəziyyəti ağırdır. Ət bazarında işləyən insanlardan 4 nəfəri saxlanılıb.


Yaşar Əliyev deyir ki, ət bazarında çalışan insanlar bu gün səhər saatlarında İctimai Televiziyanın qarşısında aksiya keçirməyə cəhd ediblər. Polis onların aksiyasına imkan verməyib. Nəticədə, etirazçılar ət bazarı ərazisinə qayıdıblar və köşklərini sökənlərlə mübahisə ediblər. Polis gərginliyi aradan qaldırmaq üçün müdaxilə edib və beləliklə, toqquşma yaranıb.


Yaşar Əliyev deyir ki, bazar ərazisində yerləşən 37 köşkün sahibinə ərazi sanitariya qaydalarına cavab vermədiyinə görə, köşklərin söküləcəyi barədə xəbərdarlıq ediblər. Rəis müavini deyir ki, ərazidə eyni sayda müasir köşklər tikilərək sahiblərinə qaytarılacaq. Onun fikrincə, bəzi təxribatçı şəxslər hökumət orqanları ilə satıcılar arasında danışıqları pozub və gərginlik yaradıblar.


Ət bazarı ərazisində satışla məşğul olan insanların yaxın qohumları isə «Azadlıq» radiosuna bildiriblər ki, onlar yeni tikilən köşklərin əvvəlki sahiblərinə qaytarılacağına inanmırlar. Elə bu inamsızlığa görə də, sahibkarlar etiraz aksiyası keçiriblər, polis də onlarla sərt qaydada davranıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG