Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:08

Fərhad Əliyev istintaq materialları ilə tanış olur


F.Əliyev hələ də qan təzyiqinin tez-tez artmasından, ürək ağrılarından şikayət edir
F.Əliyev hələ də qan təzyiqinin tez-tez artmasından, ürək ağrılarından şikayət edir

Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev ona qarşı irəli sürülən ittihamlar üzrə istintaq materialları ilə tanış olur. Bunu «Azadlıq» radiosuna martın 8-i Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında Fərhad Əliyevlə görüşən vəkil Ramiz Məmmədov deyib. Onun sözlərinə görə, müəyyən ittihamlar üzrə protokollarla tanış olsalar da, indiyə qədər istintaq materialları onlara təqdim edilməmişdi.


Ramiz Məmmədov deyir ki, dövlət çevrilişinə cəhdlə bağlı ittihamlar istintaq işindən ayrıldığından onlara yalnız korrupsiya, qaçaqmalçılıq və bu kimi ittihamlara aid materiallar təqdim edilib. Vəkilin sözlərinə görə, Fərhad Əliyev ona qarşı irəli sürülən ittihamlarla razılaşmır və hələ də qan təzyiqinin tez-tez artmasından, ürək ağrılarından şikayət edir.


Sabiq İqtisadi İnkişaf naziri dövlət çevrilişinə cəhddə, korrupsiya və qaçaqmalçılıqda ittiham edilir. O, 2005-ci ilin oktyabr ayında həbs edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG