Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:29

Zəncan fəallarının çoxu azad edilsə də təzyiqlər davam edir


Hazırda həbsdə olan zəncanlı fəal Cəlil Qənilu

Hazırda həbsdə olan zəncanlı fəal Cəlil Qənilu

Fevralın 21-i Beynəlxalq Ana Dili Günü Zəncan şəhərində tutulan 27 fəaldan 19-u 24 saat sonra azad edilib.


Telnaz Neməti, Əmir Nəsiri, Rza Mətinpur martın 1-də, Hüseyn Rəhməti, Bəhruz Səfəri və Səid Mətinpur isə martın 3-də zaminə buraxılıb. Lakin, Ana Dili Günü tutulan Zəncan fəallarından ikisi-Cəlil Qənilu və Səfərəli Xoyini bu günə qədər həbsdə saxlanılır.

Cəlil Qənilunun ailəsi onun vəziyyətindən narahat olduğunu bildirib. Zəncanın yerli qəzeti «Mərdom-e Nov»a müsahibə verən Təvəkkül Qənilu bildirib ki, qardaşı Cəlilin martın 3-də zəmanətlə azad edilməsinə dair məhkəmə hökmü olduğuna baxmayaraq, məhbusun ailəsi həmin gün saatlarla onun saxlanıldığı Səfərabad zindanının qarşısında gözlədikdən sonra ondan heç bir xəbər ala bilməyib. Onların daha sonra etdiyi müraciətlər nəticəsiz qalıb və məsul şəxslərdən aldıqları ziddiyyətli cavablar onları daha da nigaran edib.


Eyni zamanda Zəncan Universitetinin rəhbərliyi Azərbaycan fəallarını himayə edən «İslam Birliyi» adlı tələbə təşkilatının fəaliyyətini dayandırıb.


Fevralın 21-də Zəncanda keçirilən Ana Dili Günü aksiyalarında iştirak etdiklərinə görə, tutulan tələbələrin çoxu «İslam Birliyi» təşkilatının üzvləri idi.


Günün bütün mövzuları

XS
SM
MD
LG