Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:53

Əli Həsənov deyir ki, Dövlət Departamentinin bəyanatı köhnə faktlara əsaslanır


Prezidentin İcra Aparatının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənov hesab edir ki, ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyəti ilə bağlı hesabatında Azərbaycan haqqında yer alan faktlar köhnədir: «Yəni 2006-cı ildə bəzi hesabatlarda gedən faktlara toxunulub ki, onlarla bağlı da müəyyən tədbirlər görülüb». Cənab Həsənov bildirir ki, söz-mətbuat azadlığının təmin edilməsi, jurnalistlərə qarşı olan faktların hamısı hökumət tərəfindən araşdırılıb. «Bəzi həbs olunmuş jurnalistlər prezidentin əfv fərmanı ilə azadlığa buraxıldı. Müxalifətin sərbəst toplaşmaq hüququnu reallaşdırması ilə bağlı da müvafiq yerlər ayrıldı».


Şöbə müdiri deyir ki, Departamentin bəyanatı müəyyən siyasi qüvvələrin təqdim etdiyi materiallara istinadən verilib. Və orada əks olunmuş çatışmamazlıqlar aradan qaldırılıb.


Amerika Dövlət Departamentinin insan haqlarıyla bağlı hesabatında Azərbaycanda vəziyyətin aşağı səviyyədə olduğu deyilir.


XS
SM
MD
LG