Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54

Ərdoğan qadınlara qarşı zorakılıqlardan narahatdır


Türkiyədə qadınlar ailələrdə mütəmadi zorakılığa məruz qalırlar

Türkiyədə qadınlar ailələrdə mütəmadi zorakılığa məruz qalırlar

8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində hakim Ədalət və İnkişaf Partiyasının iclasında Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan qadınların bərabərsizliyindən və onlara qarşı zorakılıqlardan danışıb.


Ərdoğanın bildirdiyinə görə, Türkiyədə qadınlar ailələrdə mütəmadi zorakılığa və iş yerlərində ayrı-seçkiliyə məruz qalırlar. Baş nazir deyib ki, qadına qarşı gücdən istifadə irqçilikdən daha pisdir və cinsi bərabərsizlik ölkəni geriyə, zülmət və cəhalət dövrünə atır.


Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, son beş ildə Türkiyənin cənub-şərqində 500-dək qadın qətlə yetirilib. Burada hələ də zinaya görə, qadınların öldürülməsinə icazə verən adət-ənənə qalmaqdadır.


Müxalif Cümhuriyyət-Xalq Partiyası isə hakimiyyəti bu məsələdə dövlət siyasətinin olmamasında ittiham edir. Partiyanın lideri Dəniz Baykal deyib ki, hökumət zorakılığa məruz qalan qadınların reablitasiyası üzrə proqramları lazımınca maliyyələşdirməkdən imtina edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG