Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:07

ABŞ Senatının komitəsi Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib


ABŞ Senatının Xarici İşlər Komitəsi Albaniya, Xorvatiya, Makedoniya, Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən qanun layihəsini təsdiq edib.


Sənəd Şimal Atlantika İttifaqına üzvlüyə hazırlıqlar üçün bu ölkələrə maliyyə vəsaitlərinin ayrılmasını da nəzərdə tutur.


Layihənin qüvvəyə minməsi üçün onu Senat və Nümayəndələr Palatası təsdiqləməli, prezident Corc Buş isə imzalamalıdır.


XS
SM
MD
LG