Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:39

İran səfirliyi qarşısında aksiyaya cəhd edilib


İranın Bakıdakı səfirliyi qarşısında etiraz piketi, 7 mart 2007

İranın Bakıdakı səfirliyi qarşısında etiraz piketi, 7 mart 2007

Martın 7-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup fəalı İran İslam Respublikasının (İİR) Bakıdakı səfirliyi qarşısında etiraz piketi keçirməyə cəhd edib. Ancaq polis icazəsiz aksiyanın qarşısını alıb. Piket fəallarından bir neçə nəfər isə saxlanıb. Bununla belə, AMİP-in Nəsimi rayon təşkilatının sədri Azər İsgəndərov aksiyanın qətnaməsini oxumağa macal tapıb.


Qətnamədə İranda yaşayan azərbaycanlılara qarşı təzyiqlərin dayandırılması, həbs edilən insanların, o cümlədən Abbas Lisaninin azadlığa buraxılması tələb edilir. Bundan başqa, qətnamədə bildirilir ki, Tehranın Azərbaycana qarşı təzyiqlərinə son qoyulmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG