Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:11

Sabiq nazir onda korrupsiya ilə bağlı çoxsaylı faktlar olduğunu deyir


Məhkəmə Əli İnsanovun iddialarını araşdırır
Məhkəmə Əli İnsanovun iddialarını araşdırır

Martın 7-də sabiq Səhiyyə naziri Əli İnsanovun məhkəməsi şahid ifadələri ilə davam etdirilib. Məhkəmədə 1 saylı xəstəxanaya məxsus qeyri yaşayış sahəsinin və oradakı qarajın özəlləşdirilməsi məsələsi müzakirə edilib. Keçmiş nazir həmin qarajın onun oğlu tərəfindən özəlləşdirildiyini etiraf edib. Onun sözlərinə görə, həmin ərazi və oradakı qaraj Səhiyyə Nazirliyindəki dövlət komissiyasının özəlləşdirmə üçün müəyyən etdiyi plana daxil olub.


Əli İnsanov daha sonra hakimə sual verib: «Necə olur oğlumun bir qarajı özəlləşdirməsi korrupsiya halı kimi təqdim edilir. Ancaq, başqa özəlləşdirmə məsəlləri ilə bağlı bu deyilmir. «Semaşko»nun ərazisində alma , ərik bağları kəsilib yaşayış binası tikilib. Bəs bu niyə heç kimi maraqlandırmır?»


Əli İnsanov onu da dedi ki, onda korrupsiya ilə bağlı çoxsaylı faktlar var və bu barədə məhkəməyə məlumat vermək niyyətindədir. Hakim Faiq Qasımov dedi ki, məhkəmə ona təqdim edilən iddiaları araşdırır.


Əli İnsanovun vəkili Ağaveyis Şahverdi indiki Səhiyyə naziri Oqtay Şirəliyevin, keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin və Əmlak Komitəsinin sədri Kərəm Həsənovun məhkəməyə çağırılması ilə bağlı növbəti vəsatət qaldırsa da, o, təmin edilmədi.


Əli İnsanov və Səhiyyə Nazirliyinin on nəfər yüksək vəzifəli şəxsləri dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərini sui-istifadə etməkdə ittiham olunurlar. Sabiq nazir özünü siyasi məhbus hesab etdiyini deyir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG