Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:28

ADP-nin hər iki qanadı «Azadlıq» blokunun qərarını pisləyir


ADP «Azadlıq» blokunun siyasi kursundan kənar fəaliyyət göstərdiyi üçün blokdan çıxarılıb
ADP «Azadlıq» blokunun siyasi kursundan kənar fəaliyyət göstərdiyi üçün blokdan çıxarılıb

Azərbaycan Demokrat Partiyası (ADP) «Azadlıq» blokundan xaric edilib. Bu barədə AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib. Kərimovun sözlərinə görə, belə bir addım atılmasına səbəb ADP-nin son vaxtlar «Azadlıq» blokunun siyasi kursundan kənar fəaliyyət göstərməsi və partiyanın parçalanmasının qarşısının alınmasıyla bağlı verdikləri tövsiyələrin yerinə yetirilməməsi ilə əlaqədardır.


Bu qərar son vaxtlar parçalanan ADP-nin hər iki tərəfində tənqidlə qarşılanıb. Partiyanın bir qanadına rəhbərlik edən Sərdar Cəlaloğlu deyib ki, bu qərar hər şeydən əvvəl «Azadlıq» blokunun özünə zərbədir.


ADP-nin Rəsul Quliyevin tərəfdarlarından ibarət qanadında təşkilat komitəsinin üzvü Aydın Quliyev bu qərarı ziyanlı addım kimi dəyərləndirib. Onun sözlərinə görə, blokun sədrlər şurası Rəsul Quliyevə hörmətsizlik edib.


«Azadlıq» siyasi partiyalar bloku 2006-cı ildə yaradılıb. Bu bloka hazırda AXCP, Vətəndaş və İnkişaf Partiyası və Milli Birlik Hərəkatı daxildir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG