Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:57

Parlamentdə amnistiya aktı verilməsi təklifi üzərində iş gedir


Parlamentin martın 6-da keçirilən iclasında bəzi millət vəkilləri Azərbaycan Respublikasının qarşıdan gələn dövlət müstəqilliyinin 15 illiyi münasibəti ilə amnistiya aktının qəbul olunması ilə bağlı təkliflər verdilər. Deputatların fikrincə, amnistiya yaşı 70-i keçmiş, ömürlük həbs cəzasına məhkum edilmiş, həmçinin himayəsində azyaşlı uşaqlar olan və digər şəxslərə şamil edilməsini məqsədəuyğun saydılar. Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, Milli Məclis Aparatına belə təkliflər daxil olub və hazırda onun üzərində iş gedir.


XS
SM
MD
LG