Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:49

Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında sərəncam imzalanıb


Martın 6-da prezident İlham Əliyev Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikilməsi üçün Bakı şəhərində müvafiq sahənin ayrılması və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı təkliflərini bir ay müddətində prezidentə təqdim etməlidir.


Mədəniyyət və Turizm Nazirliyi həmçinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlamalıdır.


Mədəniyyət və Turizm Nazirliyi muzeylərin fəaliyyətinin dünya standartlarına müvafiq yenidən qurulmasını və muzey ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılmasını da təmin etməlidir.


XS
SM
MD
LG