Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:43

Əli İnsanov: «Mənə məhkəmədə təzyiqlər edilir»


«Bu inkivizisiya dövrü deyil ki?! Mənə məhkəmədə təzyiqlər edilir və hüquqlarımı müdafiə etməyə imkan verilmir». Bu fikirləri keçmiş Səhiyyə naziri Əli İnsanov martın 6-da davam edən məhkəmə prosesində dedi. Onun sözlərinə görə, dövlət ittihamçıları həm ona, həm də hakimə təzyiqlər edərək məhkəmənin bir tərəfli aparılmasına çalışırlar. Ancaq hakim Faiq Qasımov dövlət ittihamçılarından ona hər hansı bir təzyiq göstərilməsi haqda iddianı rədd etdi.


Əli İnsanovla hakim arasında bu mübahisə 15 saylı poliklinikanın 1-ci şöbəsinin binasının özəlləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilərkən yarandı. Məhkəmədə şahid qismində ifadə verən Bakı Şəhər Səhiyyə İdarəsinin keçmiş rəisi Lalə Kazımova bildirdi ki, həmin bina qanunsuz özəlləşdirilib. Əli İnsanovun vəkili Ağaveyis Şahverdinin sualları zamanı isə məlum oldu ki, Lalə Kazımova həmin binanın özəlləşdirilməsi ilə bağlı yetərli məlumatlara malik deyil. Hakim şahidə əlavə suallar verilməsinə imkan vermədikdə isə, Əli İnsanov məhkəmənin ittıham tərəfinin diktəsi ilə aparılması haqqında bəyanat dilə gətirdi.


Proses martın 7-də davam edəcək.


Keçmiş Səhiyyə naziri Əli İnsanov və daha 10 nəfər dövlət əmlakını mənimsəmədə ittiham edilirlər.


XS
SM
MD
LG