Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:51

İran Azərbaycanın hava sərhədlərini pozması ilə bağlı üzrxahlıq edib


Xələf Xələfov hesab edir ki, vertolyotlar Azərbaycan sərhədlərini bilərək pozmayıb
Xələf Xələfov hesab edir ki, vertolyotlar Azərbaycan sərhədlərini bilərək pozmayıb

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, İran tərəfi bu ölkəyə məxsus vertolyotların Azərbaycanın hava sərhədlərini pozması ilə bağlı üzrxahlıq edib. APA xəbər verir ki, nazir müavini İranda səfərdə olarkən vertolyotların Azərbaycanın hava sərhədini pozması barədə etirazını bu ölkənin müvafiq qurumlarına çatdırıb: «İranlı həmkarımla görüşdə bu məsələni müzakirə etdik. Onlar bunun bilərəkdən yox, təsadüfən olduğunu deyərək, üzrxahlıq etdilər. Biz də hesab edirik ki, İran vertolyotlarının Azərbaycan sərhədlərini pozması bilərəkdən edilməyib».


Fevralın 22-də İran vertolyotları Astara istiqamətində Azərbaycanın hava məkanını pozub. Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev İran tərəfinin bu addımı razılaşdırmadığını bildirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG