Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:54

Ərdəbil Fəalının səhhətinin ağır olduğu bildirilir


Fevralın 19-da həbs olunan Ramin Sadiqinin aclıq elan etdiyi bildirilir

Fevralın 19-da həbs olunan Ramin Sadiqinin aclıq elan etdiyi bildirilir

Fevralın 19-da Ərdəbil şəhərində həbs olunan Ramin Sadiqinin qeyri-qanuni şəkildə tutulmasına etiraz edərək nəzarət altına alınan gündən aclıq elan etdiyi bildirilir. Lakin, martın 4-ə qədər Ərdəbilin təhlükəsizlik (ETTELAAT) təcridxanasında saxlanılan fəalın vəziyyəti və aclıq aksiyasında olduğu haqda heç nə öyrənilməyib. Ramin Sadiqi bazar günü martın 4-də şəhər həbsxanasının 1-ci bölümünə keçirildikdən sonra onun ailəsi ilk dəfə vəziyyətinin ağır olduğu haqda məlumat əldə edib. Ramin Sadiqinin həbs olunandan bəri ailəsi ilə görüşünə icazə verilməsə də bu günlərdə həbsdən azad olunan Ərdəbillin başqa fəallarından biri Hüseyn Səbəbidən Sadiqinin işgəncəyə məruz qaldığını öyrənib. Bu şahidin verdiyi məlumata əsasən aclıq aksiyası məhbusun səhhətini daha da zəiflədib.


Ramin Sadiqi Ana Dili Günü nümayişləri ərəfəsində Ərdəbil şəhərində tutulan 20 nəfərdən biridir. Ramin Sadiqiyə qarşı hansı ittihamın irəli sürüldüyü bəlli deyil, ona vəkillə görüş icazəsi belə verilməyib.


Ramin Sadiqi ailəsinin yeganə qazanc mənbəyidir və ailəsinin olduqca ağır maliyyə durumunda olduğu bildirilir.


XS
SM
MD
LG