Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:21

Dik Çeyninin sol ayağının damarlarında tromb tapıblar


Həkimlər Birləşmiş Ştatların vitse-prezidenti Dik Çeyninin sol ayağının damarlarında tromb tapıblar. İndi o, ev şəraitində müalicə alacaq. Vitse-prezident bir neçə ay həkim nəzarətində olacaq.


66 yaşlı Çeyni keçən həftə Asiya ölkələrinə 9 günlük səfər edib. Səfərdən sonra onun səhhəti pisləşib. Bundan əvvəl Çeyninin ürəyində də problemləri olub.


XS
SM
MD
LG