Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:49

Əli İnsanov televiziyaların zala buraxılmamasını istədi


İfadə verən şahidlər Əli İnsanova qarşı ciddi ittihamları olmadıqlarını deyirlər

İfadə verən şahidlər Əli İnsanova qarşı ciddi ittihamları olmadıqlarını deyirlər

Martın 6-da davam edən məhkəmə prosesində sabiq Səhiyyə naziri Əli İnsanov iki vəsatəti olduğunu bildirdi. O, yenə də keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun məhkəməyə gəlməsinin təmin olunmasını xahiş etdi. İkinci vəsatət isə zala televiziyaların buraxılmaması ilə bağlı oldu. Sabiq nazir bildirdi ki, müstəqil jurnalistlər məhkəməyə buraxılmadığından televiziyalar onun fikirlərini təhrif edilmiş formada ictimaiyyətə çatdırırlar. Hər iki vəsatət təmin edilmədi. Hakim bildirdi ki, o, televiziyaların və digər KİV-lərin məhkəmədə iştirakına qadağa qoya bilməz.


Proses şahidlərin dindirilməsi ilə davam etdi. Amma, şahidlərin məhkəmədə dedikləri istintaqa verdikləri ifadələrdən fərqlidir. Onlar sabiq Səhiyyə nazirinə qarşı ciddi ittihamları olmadıqlarını bildirirlər.


Əli İnsanov dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma sonradan bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona bir qrup səhiyyə işçisilə əlbir olaraq dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlar irəli sürülüb. 2007-ci il fevralın 15-dən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq Səhiyyə naziri və daha 10 nəfərin məhkəməsi başlayıb. Əli İnsanov özünü siyasi məhbus hesab edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG