Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Avropa Birliyi Abxaziyadakı seçkilərin legitimliyini tanımır


Avropa Birliyi Abxaziyadakı seçkiləri legitim saymır. Belə bir bəyanatla Avropa Birliyinə hazırda sədrlik edən Almaniya çıxış edib.


«Avropa Birliyi beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyir. Bütün qaçqınlara Abxaziyaya qayıtmaq hüquq verilməlidir və yalnız bundan sonra seçkilərin legitimliyi barədə məsələ qaldırıla bilər», -- deyə bəyanatda qeyd olunur.


Abxaziyada parlament seçkiləri ötən bazar keçirilib. Abxaziya prezidenti Sergey Baqapş seçkiləri respublikanın müstəqilliyinin yeni təsdiqi adlandırıb.


XS
SM
MD
LG