Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:01

Jurnalistlər məhkəməni, hakimləri və nəzarətçiləri məhkəməyə verdilər


Jurnalistlər hesab edirlər ki, onların məhkəməyə buraxılmaması hüquqlarını pozub
Jurnalistlər hesab edirlər ki, onların məhkəməyə buraxılmaması hüquqlarını pozub

Keçmiş Səhiyyə naziri Əli İnsanovun və başqalarının cinayət işi üzrə məhkəmə prosesinə buraxılmayan jurnalistlərdən 9-u Səbail Rayon Məhkəməsinə iddia veriblər. Bu barədə jurnalistlərin hüquqlarının müdafiəsini öz üzərinə götürən Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev məlumat verib.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə, məhkəmənin hakimləri Faiq Qasımova, Azər Orucova və Həsən Əhmədova və Ədliyyə Nazirliyi Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsinə qarşı qaldırılan iddiada cavabdehlərin jurnalistlərin insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyası ilə təminat verilən 6-cı (məhkəmənin açıqlığı), 10-cu (məlumat almaq və yaymaq) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq) maddələri ilə təminat verilən hüquqlarının pozuntusundan şikayət edilir.


İddia ərizəsində göstərilir ki, Ə.İnsanovun işi üzrə məhkəmənin 15 fevral 2007-ci il tarixdə keçirilən hazırlıq iclasından sonra iddiaçıların təmsil olunduğu qəzetlərdə məhkəmə iclasından hazırlanmış geniş reportajlar verilib və orada Ə.İnsanovun Yeni Azərbaycan Partiyasının ünvanına söylədiyi tənqidi fikirləri yer alıb. Bundan sonra məhkəmənin növbəti – 22, 27, 28 fevral və 01 mart 2007-ci il tarixlərdə keçirilən iclaslarına onları buraxmayıblar. Halbuki digər qəzetlərin, o cümlədən iqtidar və iqtidaryönlü medianın nümayəndələrinə məhkəmənin bütün iclaslarında iştirak etməyə imkan verilib.


Jurnalistlər hesab edirlər ki, onların məhkəmə iclaslarına buraxılmaması ölkə qanunvericiliyi, o cümlədən beynəlxalq qanunvericiliklə təminat verilən məhkəmələrin açıqlığı prinsipini, məlumat toplamaq və ayrı-seçkiliyə məruz qalmamaq hüququnu pozur. Hüquqlarının pozuntusu ilə bağlı onlara vurulan maddi və mənəvi ziyanın əvəzi kimi cavabdehlərdən 5 min manat kompensasiya istəyirlər.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyev isə bir müddət əvvəl demişdi ki, jurnalistlərin Əli İnsanovun məhkəməsinə buraxılmaması zalda boş yerlərin olmaması ilə bağlıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG