Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:11

Kosovonun keçmiş baş naziri bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə Haaqa tribunalına çıxarılıb


Martın 5-də Kosovonun keçmiş baş naziri hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə Haaqa tribunalına çıxarılıb. Əgər təqsiri sübuta yetirilərsə, baş nazir Ramuş Haradinaya ömürlük həbs kəsilə bilər. Onun 90-cı illərin əvvəllərində Kosovo Azadlıq Ordusunun komandiri olarkən serblərə qarşı işgəncə, zorlama və qətllər törədildiyi iddia olunur. Ondan başqa daha iki nəfər tribunala çıxarılıb. Onların hər üçü günahsız olduqlarını bildirirlər.


XS
SM
MD
LG