Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:23

Nazir qaçış marafonunda iştirak edib


Azərbaycanda artıq ikinci ildir ki, martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur

Azərbaycanda artıq ikinci ildir ki, martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur

Martın 5-i Bakıda və Azərbaycanın digər iri şəhərlərində Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Səhər saat 10.30-da 34 komandanın iştirakı ilə Fəxri Xiyabandan Tofiq Bəhramov adına stadiona qədər qaçış marafonu keçirilib. Gənclər və İdman naziri Azad Rəhimov da gənclərdən ibarət komanda ilə birgə marafona qatılaraq qaçıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov: «Fəxri Xiyabandan Əzizbəyov heykəlinədək nazir və nazirliyin kollektivi də gənclərlə birgə qaçıblar. Bu idmanın təbliğinə doğru atılan bir addımdır».


Qaçış marafonunda Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası qalib gəlib. Hazırda isə Milli Parkda sadə vətəndaşların da iştirak etdiyi qılıncoynatma, güləş, atletika, boks və idmanın digər növləri üzrə yarışmalar davam edir. Axşam saat 19.00-da isə Milli Parkda konsert proqramı olacaq.


Azərbaycanda artıq ikinci ildir ki, martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.


Günün bütün mövzuları

XS
SM
MD
LG