Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:32

750 mindən çox amerikalı «bomj»dır


«Bu rəqəmlərin arxasında var qüvvəsi ilə sağ qalmağa çalışan çoxlu insanlar durur»

«Bu rəqəmlərin arxasında var qüvvəsi ilə sağ qalmağa çalışan çoxlu insanlar durur»

Evsiz ABŞ sakinlərinin sayı 750 mindən çoxdur. 700 minədək insan «daimi» əsasda ölkənin yataqxanalarında yaşayır, qalanları gecəni birbaşa küçədə keçirərək, həm özləri, həm də ətrafdakılar üçün narahatlıq yaradırlar.


Bu rəqəmləri Federal Mənzil və Şəhər İnkişafı İdarəsi açıqlayıb. Qurum müvafiq hesabatla Konqresə müraciət edib. Tədqiqat 2005-ci ildə aparılıb və fevral-aprel aylarını əhatə edib. Bu, bu qəbildən olan ilk tədqiqatdır.


Evsiz-eşiksiz amerikalıların yarısından çoxu – 59 faizi milli və irqi azlıqların nümayəndələridir, həm də ən azı 45 faizi qaradərilidir.


Yataqxana kirayənişinlərinin 47 faizi ortayaşlı tənha kişilərdir, evsizlər arasında cavan və ahıllar olduqca azdır. Evsizlərin 24 faizinin əlilliyi, təhlükəli xroniki xəstəlikləri var (əsasən, alkoqolizm və ya psixi problemlər).


«Biz yadda saxlamalıyıq ki, bu rəqəmlərin arxasında var qüvvəsi ilə sağ qalmağa çalışan çoxlu insanlar durur. Millətin ən kəskin problemini yox etmək üçün biz hamımız mütəşəkkil çalışmalıyıq», – deyə məruzə müəllifləri bildirirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG