Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:20

Milli Elmlər Akademiyası 100 cilddə «Azərbaycan folkloru» külliyyatını nəşrə hazırlayır


Milli Elmlər Akademiyasının Folklor İnstitutundan AzərTAc-a bildiriblər ki, institutda 100 cilddə «Azərbaycan folkloru» külliyyatı nəşrə hazırlanır.


İnstitutun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılov deyib ki, folklor nümunələrinin bərpasına, geniş miqyasda təqdimatına və təbliğinə böyük ehtiyac var. «Azərbaycan folkloru» külliyyatının artıq 3 cildi çapa hazırdır. İlk 30 cildə Azərbaycan nağılları daxil ediləcək, 25-30 cilddə dastanlar yer alacaq. Qalan cildlərdə isə şifahi xalq ədəbiyyatı nümunələri veriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG