Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:01

Əli İnsanov: «Tükürpədici faktlar açıqlayacağam»


Əli İnsanov deyir ki, bir vaxtlar TQDK hətta 12 bal toplamış abituriyenti Tibb Universitetinə qəbul etdirib
Əli İnsanov deyir ki, bir vaxtlar TQDK hətta 12 bal toplamış abituriyenti Tibb Universitetinə qəbul etdirib

Martın 5-də keçirilən məhkəmə iclasında Əli İnsanov bildirdi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və Prezidentin İcra Aparatının Humanitar Siyasət şöbəsinin rəhbəri Fatma Abdullazadə məhkəməyə şahid qismində dəvət olunmalıdırlar. Sabiq nazir iddia edir ki, həmin adamlar tibb texnikumlarına əlavə qəbulla bağlı Milli Təhlükəsizlik Nazirliyinin sorğusuna düzgün məlumat verməyiblər. Əli İnsanov tibb texnikumlarına əlavə tələbə qəbulu həyata keçirməkdə də ittiham olunur.


Sabiq nazir bunun həqiqətə uyğun olmadığı deyir. İnsanov bildirdi ki, texnikumların bağlanmaması üçün əlavə tələbə qəbuluna ehtiyac var idi. Bununla bağlı o, TQDK-ya və Prezident Aparatına müraciət edir və müsbət cavab alır.


Əli İnsanov deyir ki, bir vaxtlar TQDK hətta 12 bal toplamış abituriyenti Tibb Universitetinə qəbul etdirib: «Əgər həmin adamlar məhkəməyə gəlsələr mən tükürpədici faktlar açıqlayacağam, bu prokurorluq üçün də maraqlı məsələdir».


Əli İnsanov dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma sonradan bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona bir qrup səhiyyə işçisilə əlbir olaraq dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlar irəli sürülüb. 2007-ci il fevralın 15-dən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq Səhiyyə naziri və daha 10 nəfərin məhkəməsi başlayıb. Əli İnsanov özünü siyasi məhbus hesab edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG