Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:50

Samir Sədaqətoğlu və Rafiq Tağının məhkəməsi təxirə salındı


Yazıçı-publisist Rafiq Tağı, «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu ötən ilin noyabrda həbs ediliblər
Yazıçı-publisist Rafiq Tağı, «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu ötən ilin noyabrda həbs ediliblər

«Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazıçı-publisist Rafiq Tağının məhkəməsi təxirə salındı. Onların işinə Nəsimi yox, Səbayel Rayon Məhkəməsi baxacaq.


Nəsimi Rayon Məhkəməsinin martın 5-də keçirilən iclasında hakim Məhəmməd Zülfüqarlı bildirib ki, «Sənət» qəzetinin redaksiyası Səbayel rayonu ərazisində yerləşdiyindən işə də həmin rayon məhkəməsi baxmalıdır. Buna görə də hakim işin Səbayel Rayon Məhkəməsinə göndərilməsi haqda qərar qəbul etdi.


Təqsirləndirilən şəxslərin vəkili isə dörd ay ərzində məhkəmə iclasının harada keçirilməsi ilə bağlı qərarın verilməməsini qanun pozuntusu adlandırıb.


Jurnalistləri müdafiə məqsədi ilə məhkəməyə bir sıra yazıçılar da gəlib. Şair Baba Vəziroğlu deyib ki, Rafiq Tağı və Samir Sədaqətoğlunun həbsi ilə Azərbaycanda söz və fikir azadlığı pozulub.


Yazıçı-publisist Rafiq Tağı, «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu ötən ilin noyabrda həbs ediliblər. Həbsə səbəb həmin qəzetdə Rafiq Tağının «Avropa və biz» yazısı olub. Jurnalistlər milli, dini və irqi ədavəti qızışdırmaqda ittiham olunurlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG