Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:25

«Azərbaycan radar üçün daha yaxşı yerdir»


Sistem raket buraxılışlarının aşkarlanması üçün nəzərdə tutulacaq
Sistem raket buraxılışlarının aşkarlanması üçün nəzərdə tutulacaq

ABŞ Müdafiə Nazirliyinin Raket Əleyhinə Müdafiə İdarəsinin rəhbəri Henri Oberinq bəyan edib ki, Birləşmiş Ştatlar Qafqaz ölkələrindən birində raketdən müdafiə sistemlərinin yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.


Bu sistem öz əhatə dairəsində raket buraxılışlarının aşkarlanması üçün nəzərdə tutulacaq. Onun verdiyi məlumatlar raketlərin sonrakı istiqamətinin izlənməsi üçün Çexiyada qurulacaq radara ötürüləcək. Çex hökuməti radarın yerləşdirilməsinə dair Vaşinqtonla danışıqlara başlamaq niyyətindədir.


General Oberinq qeyd edib ki, bu, hələlik yalnız ilkin hesablamalardır.


Amma bu məlumatlar yayıldıqdan sonra Tbilisi və Bakı bu məsələyə dair məsləhətləşmələr aparmadıqlarını bildiriblər.


Mütəxəssislər Henri Oberinqin sonuncu bəyanatını müxtəlif cür qiymətləndirirlər. Hərbi ekspert Aleksandr Qolts raket əleyhinə müdafiə mövzusunda son bəyanatların daha çox siyasi çəkisinə diqqət çəkir:


- Hazırda ABŞ-ın Raket Əleyhinə Müdafiə Sisteminin forması barədə mühakimə yürütmək çətindir. Son vaxtlar raketdən müdafiə sistemi barədə deyilənlər bu proyektə mümkün qədər daha çox ölkə cəlb etmək istəyinə dəlalət edir. Bununla da Buş administrasiyasının kursuna dünyanın dəstəyini nümayiş etdirmək istəyirlər. Təxmin etmək olar ki, raket buraxılışı haqqında xəbərdarlıq almaq üçün belə bir radar Qafqazda da lazımdır. Ancaq zənn edirəm ki, bu raket məsələsində siyasi risklər qazanıla biləcək bütün mümkün strateji nailiyyətləri üstələyir.


- Hər halda hansı ölkədən söhbət gedə bilər?


- Güman edirəm ki, bu, Azərbaycan, ya da Gürcüstandır. Belə bir radarın Ermənistanda peyda olması az inandırıcıdır. Bildiyiniz kimi, Azərbaycanda artıq Rusiyanın raket hücumundan xəbərdarlıq stansiyası var. Bu, Rusiyanın hərbi obyektidir. Bu regionu izləmək üçün yəqin ki, Azərbaycan ən üstün yerdir.


- Moskvanın bu bəyanata da cəld və sərt reaksiyasını gözləmək olarmı?


- Hər şey siyasi konyunkturadan asılı olacaq. Əlbəttə, sadəcə, söhbətin nədən getdiyini, bu planın reallaşma ehtimalının nə qədər real olduğunu dərk etmək üçün bir az gözləmək daha ağıllı olardı. Amma Amerikanın Raket Əleyhinə Müdafiə Sistemi ilə bağlı hər şeyə Rusiyanın olduqca ağrılı reaksiyasını nəzərə alsaq, onda məncə, reaksiya çox sərt və olduqca cəld olacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG