Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:45

Qroznıda Zviad Qamsaxurdianın qəbri tapılıb


Zviad Qamsaxurdia 1993-cü ildə müəmmalı şəraitdə ölüb
Zviad Qamsaxurdia 1993-cü ildə müəmmalı şəraitdə ölüb

Çeçenistanın paytaxtı Qroznıda Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdianın meyiti olan qəbir tapılıb.


Bu haqda Çeçenistan prezidenti Ramzan Kadırova istinadən «Exo Moskvı» radiosu məlumat verib.


Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının iştirakı ilə axtarış iki gün davam edib.


Ramzan Kadırov deyir ki, məzarı tapmaq barədə sərəncamı Zviad Qamsaxurdianın dul qalmış xanımı, Manananın xahişi ilə verib.


Qazıntılar mərhumunu oğlu Sotne Qamsaxurdianın iştirakı ilə keçib və, o, ekshumasiya zamanı meyitin qalıqlarından atasını tanıyıb. Ekspertlər onun zorakılıqla öldürüldüyünü güman edirlər – mərhumun kəlləsində güllə izi var.


Bazar ertəsi cəsəd məhkəmə-tibb ekspertizası üçün Rostova göndəriləcək.


Zviad Qamsaxurdia Gürcüstan prezidentliyindən devriləndən sonra 1993-cü ildə müəmmalı şəraitdə ölüb. Müxtəlif versiyalara əsasən, o, öldürülüb, ya da intihar edib. Qamsaxurdianın qəbrinin yeri son vaxtadək bilinmirdi. Əvvəlcə onu Gürcüstanda dəfn ediblər, sonradan qəbiri Qroznıya köçürülüb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG