Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:58

ABŞ-ın Qafqazda radar yerləşdirmək planı...


Rusiya ABŞ-ın planlarına kəskin etiraz edir
Rusiya ABŞ-ın planlarına kəskin etiraz edir

«Əgər Birləşmiş Ştatlara Raket Əleyhinə Müdafiə Sistemlərini Azərbaycan ərazisində yerləşdirilmək lazım gələrsə, bu məsələyə baxılacaq». Bunu «Ekspress» qəzetinə Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbə bildirib.


«Burada pis heç nə yoxdur. ABŞ Polşaya da belə təklif verib. Bakıda olarkən, Polşanın Xarici İşlər naziri Anna Fotıqa radarların təkcə özlərinin yox, ümumilikdə bəşəriyyətin təhlükəsizliyi üçün vacib olduğunu və bunun heç kəsi narahat etməyəcəyini bildirdi», - deyə mənbə vurğulayıb.


Martın 2-də Pentaqon rəsmisi Henri Oberinq deyib ki, Birləşmiş Ştatlar Qafqazda raket əleyhinə radar yerləşdirmək istəyir.


Azərbaycan Xarici İşlər Nazirliyindən Xəzər İbrahim isə «Azadlıq» radiosuna demişdi ki, bu barədə onlara Birləşmiş Ştatlardan müraciət daxil olmayıb.


ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörs də bildirib ki, ABŞ-ın Qafqaz ölkələrindən birində Raket Əleyhinə Müdafiə Sistemi yerləşdirmək planı var. Lakin bu ölkə Azərbaycan deyil.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG