Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:55

«Jurnalistlər zalda yer olmadığından məhkəməyə buraxılmır»


«Məhkəmə istəsə çıxış yolu tapa bilər»

«Məhkəmə istəsə çıxış yolu tapa bilər»

«Sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsinə jurnalistlərin buraxılmaması zalda boş yerlərin olmaması ilə bağlıdır».


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyev jurnalistlərin məhkəməyə buraxılmaması ilə bağlı ombudsman Elmira Süleymanovanın müraciətinə cavab olaraq belə deyib:


«Məhkəmə iclasında hər dəfə proses iştirakçıları və digər şəxslərdən başqa 30-a yaxın KİV nümayəndəsi iştirak etdiyindən ola bilsin ki, prosesi izləmək istəyən müxbirin zalda yerləşdirilməsi mümkün olmur».


Bu yaxınlarda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu müstəqil mətbuatın Əli İnsanovun məhkəməsinə buraxılmaması ilə bağlı ombudsman Elmira Süleymanovaya müraciət edib. Ombudsman isə öz növbəsində bu məsələnin araşdırılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə məktub ünvanlayıb.


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov isə cavab məktubundakı arqumenti gülünc sayır. Onun qənaətincə, zalda iqtidaryönlü jurnalistə yer tapılır, müstəqil və ya müxalifət qəzetinin əməkdaşına yox. Emin Hüseynova görə, məhkəmə istəsə çıxış yolu tapa bilər:


«Zalda yer yoxdursa, jurnalistlərin prosesi izləyə bilməsi üçün başqa otaqda monitor və ya səsgücləndiricilər quraşdırıla bilər».


Sabiq səhiyyə naziri Əli İnsanov dövlət əmlakını mənimsəməkdə ittiham olunur.


Günün bütün mövzuları

XS
SM
MD
LG