Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:00

Polşada ABŞ-ın raket əleyhinə sistemlərinə etirazlar var


ABŞ-ın Çexiyada raket əleyhinə müdafiə sistemləri yerləşdirməsinə qarşı etiraz aksiyası

ABŞ-ın Çexiyada raket əleyhinə müdafiə sistemləri yerləşdirməsinə qarşı etiraz aksiyası

Varşavada parlament binasının yanında Amerikanın Polşada Raket Əleyhinə Müdafiə Sistemləri yerləşdirməsinə etiraz mitinqi keçirilib.


«Müharibəyə son!» hərəkatının 100-dək fəalı deputatlardan raket əleyhinə qurğuların Polşa ərazisində yerləşdirilməsinə razılıq verməməyi tələb edib.


Aksiya iştirakçıları «Müharibəyə yox!», «Müharibə etməyin, sevin!» kimi müharibə əleyhinə şüarlar səsləndiriblər.


Son ictimai rəy sorğusuna əsasən, polyakların əksəriyyəti öz ölkələrində ABŞ-ın raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə qarşıdır. Amma hökumət bu məsələyə dair referendum nəzərdə tutmur.


Bu arada Ukraynanın Baş naziri Viktor Yanukoviç ABŞ, Avropa Birliyi və Rusiyaya təklif edib ki, ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemləri yerləşdirməsinə dair danışıqlar aparsınlar.


O, Almaniyanın «Velt» qəzetinə müsahibəsində deyib ki, üçtərəfli danışıqlar bu məsələdə ziddiyyətləri aradan qaldıra bilərdi. Ukrayna Baş naziri əlavə edir ki, ölkəsi «qlobal təhlükəsizlik sistemində» iştirak etməyə hazırdır. Amma o, «qlobal təhlükəsizlik sistemi» deyəndə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.


Yanvarda Birləşmiş Ştatlar Çexiya və Polşaya onların ərazisində özünün Raket Əleyhinə Müdafiə Sisteminin elementlərini yerləşdirməyi təklif edib. Bu, Rusiyanın kəskin reaksiyasına səbəb olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG