Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:08

Əli Həsənov: «Müxalifətə həbs olunandan sonra keçmirlər»


Əli Həsənov məhkəmə getdiyini nəzərə alıb bir sıra məsələlərə münasibət bildirmir
Əli Həsənov məhkəmə getdiyini nəzərə alıb bir sıra məsələlərə münasibət bildirmir

«Müxalifətə həbs olunandan sonra keçmirlər. Əli İnsanovun belə niyyəti vardısa, bunu zamanında edə bilərdi və etməli idi». Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov sabiq Səhiyyə naziri Əli İsanovun müxalifətə keçməsi haqda dediklərinə münasibət bildirərkən belə deyib. Cənab Həsənov «Azadlıq» radiosuna deyib ki, məhkəmə davam etdiyindən sabiq Səhiyyə nazirinin özünü siyasi məhbus adlandırması və ya «siyasi rəqib» olduğu üçün uzun illər birgə işlədiyi məmurların xəyanəti nəticəsində həbsə alınması haqda fikirlərinə münasibət bildirməyəcək: «Məhkəmənin getdiyi bir vaxtda hakimiyyət rəsmisinin açıqlaması məhkəməyə təsir kimi qiymətləndirilə bilər».


Əli İnsanov dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma sonradan bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona bir qrup səhiyyə işçisilə əlbir olaraq dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlar irəli sürülüb. 2007-ci il fevralın 15-dən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq Səhiyyə naziri və daha 10 nəfərin məhkəməsi başlayıb. Əli İnsanov özünü siyasi məhbus hesab edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG