Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:33

Əli İnsanov ağır xəstəlikdən əziyyət çəkdiyini deyir


İnsanov hakimiyyətyönlü kütləvi informasiya vasitələrindən narazılığını bildirib

İnsanov hakimiyyətyönlü kütləvi informasiya vasitələrindən narazılığını bildirib

Sabiq Səhiyyə naziri Əli İnsanov və daha 10 nəfərin məhkəmə prosesi martın 2-də davam edib. Cənab İnsanov ağır xəstəlikdən əziyyət çəkdiyini bildirib. Gün ərzində 8-9 dərman qəbul etdiyini və təkadamlıq kamerada saxlandığını deyən keçmiş nazir bildirib ki, dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, onun Ədliyyə Nazirliyinin xəstəxanasında müalicə almasına şərait yaradılmayıb. O, bunu qərəzli münasibət adlandırıb.


Məhkəmədə hüquqlarının pozulmasından danışan Ə.İnsanov, hakimiyyətyönlü kütləvi informasiya vasitələrində haqqında düzgün olmayan məqalələrin yazıldığını və bundan narazılığını bildirib. Daha sonra cənab İnsanov bir daha məhkəmə tərkibinə etirazını bildirib. Hakimlə dövlət ittihamçısının ona qarşı qərəzli mövqe tutduğunu deyən keçmiş nazir onun işinə baxmaq üçün Avropadan hakim dəvət olunmasını istəyib.


Daha sonra təqsirləndirilən şəxslərdən Səhiyyə Nazirliyinin Əczaçılıq və Tibbi Təchizat Şöbəsinin keçmiş müdiri Akif Məhərrəmov ifadə edib. İrəli sürülən ittihamlarla razılaşmayan cənab Məhərrəmov istintaq zamanı ona təzyiqlər edildiyini və məcburiyyət qarşısında qalaraq Əli İnsanovun əleyhinə ifadə verdiyini deyib.


Əli İnsanov dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma sonradan bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona bir qrup səhiyyə işçisilə əlbir olaraq dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlar irəli sürülüb. 2007-ci il fevralın 15-dən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq Səhiyyə naziri və daha 10 nəfərin məhkəməsi başlayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG