Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:39

Əbülfəs Qarayev: «Hollivud şirkətləri ilə danışıq aparıram »


Nazirin sözlərinə görə, bu filmlər Azərbaycanın adət-ənənələrini, tarixini əks etdirməlidir
Nazirin sözlərinə görə, bu filmlər Azərbaycanın adət-ənənələrini, tarixini əks etdirməlidir

2007-ci ildən Azərbaycanın tarixini və onun kinosunu dünya səviyyəsinə çıxartmaq məqsədilə xarici şirkətlərlə filmlərin çəkilişinə başlanacaq. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev martın 2-də kino işçiləri ilə görüşündə belə deyib.


Cənab Qarayev deyir ki, hazırda bu məqsədlə iki Hollivud şirkətləri ilə danışıqlar aparılır. Bundan başqa, bu il Latviya kinostudiyası ilə bir tammetrajlı, Almaniya şirkəti ilə dörd qısametrajlı film çəkilişlərinə başlanacaq.


«Niyə Ermənistan «Ararat» filmini çəkə bildi? Niyə Qazaxıstan «Köç» filmini bizim Rüstəm İbrahimbəyovun ssenarisi ilə çəkə bildi. Niyə biz Azərbaycanı tanıtmaq üçün belə addım atmayaq?…» Nazirin sözlərinə görə, bu filmlər Azərbaycanın adət-ənənələrini, tarixini əks etdirməlidir.


Amma, o, həmin filmlərin çəkilişi və mövzusu ilə bağlı xeyli sualların olduğunu da deyir:


«Hansı ssenari əsasında çəkilməlidir, kim çəkəcək, kimlər çəkiləcək, hansı dövrü əhatə edəcək? Bunlar sual altındadır. Amma, bu haqda düşünməyin vaxtıdır və bu il layihələrin reallaşmasına başlanacaq».


Azərbaycan prezidenti bu günlərdə kinonun inkişafı ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda da müştərək filmlərin çəkilməsi haqda bənd var.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG