Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Ötən il 1230 qaz sayğacına müdaxilə olunub


Ötən il 1230 qaz sayğacına müdaxilə olunub. Bununla bağlı 600 iş məhkəməyə göndərilib. Bu ilin ilk iki ayında isə 217 qaz sayğacına müdaxilə edən vətəndaşdan 100-ü məhkəməyə verilib.


«Azəriqaz» Səhmdar Cəmiyyətinin rəhbəri Əlixan Məlikov belə deyir.


Cənab Məlikov onu da bildirir ki, Gəncədə bir aydır pilot layihə reallaşdırılır. Bu şəhərdə 1300 abunəçiyə «Smartkart» quraşdırılıb. Bu sistemə görə, abunəçi kartına istədiyi qədər qaz «yüklədə bilər». Bu il Gəncədə 62 min abunəçiyə belə sayğacın quraşdırılması gözlənilir.


Əlixan Məlikov bildirir ki, bu, adi sayğaclardan beş dəfə bahadır. Özünü doğruldarsa, gələcəkdə bütün sayğacların bu sistemə keçirilməsi üçün 13-14 milyon manat tələb olunur.


XS
SM
MD
LG