Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:09

«Qazın qiyməti artmayacaq»


Gələn il ölkənin tələbatını ödəmək üçün 11 milyard 200 milyon kubmetr qaz tələb olunur

Gələn il ölkənin tələbatını ödəmək üçün 11 milyard 200 milyon kubmetr qaz tələb olunur

Qazın qiyməti artırılmayacaq. «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Əlixan Məlikov martın 2-də keçirdiyi mətbuat konfransında belə dedi. O, rəhbərlik etdiyi qurumun bu məqsədlə Tarif Şurasına müraciət etmədiyini bildirir.
Cənab Məlikov deyir ki, ötən ilin qışında yaşanan gərginlikdən qaçmaq üçün tədbirlər planı hazırlanır. Gələn il ölkənin tələbatını ödəmək üçün 11 milyard 200 milyon kubmetr qaz tələb olunur. Onun yalnız bir milyard 300 milyon kubmetri əhali, 5 milyard kubmetri isə «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti üçün nəzərdə tutulur.


Əlixan Məlikovun sözlərinə görə, hazırda yeraltı qaz anbarlarında 556 milyon kubmetr qaz var. Bu da havalar istiləşənə kimi əhalinin tələbatını ödəməyə kifayət edəcək. Növbəti ildəsə yeraltı anbarlara 1 milyard 100 milyon kubmetr qazın vurulacağının planlaşdırıldığını deyən cənab Məlikovun sözlərinə görə, apreldə yeraltı qaz anbarlarının rekonstruksiyası məqsədilə beynəlxalq tender elan olunacaq. Bu tenderdə beynəlxalq şirkətlərlə yanaşı, Rusiyanın «Qazprom» şirkətinin də iştirakı istisna olunmur. Yeraltı qaz anbarının genişləndirilməsinə Qaradağ anbarından başlanacaq. Burda 2,4 milyard kubmetr qaz ehtiyatının saxlanılması nəzərdə tutulur.


Günün bütün mövzuları

XS
SM
MD
LG