Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:52

Əlixan Məlikovu MTN-in əməkdaşlarını saxlaması maraqlandırmır


«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Əlixan Məlikov bildirir ki, üç əməkdaşının Milli Təhlükəsizlik Nazirliyinin zərərsizləşdirdiyi, mətbuatın «Səidin dəstəsi» kimi təqdim etdiyi qrupun üzvü olmasından xəbəri yoxdur. Cənab Məlikov «Azadlıq» radiosuna açıqlamasında bu haqda ona rəsmi məlumat verilmədiyini söyləyib. Amma bununla belə, o, üç əməkdaşının MTN tərəfindən saxlanıldığını, onlardan ikisinin hələ də həbsdə olduğunu da etiraf edib: «Onlardan biri bəraət qazanıb. İkisi isə həbsdə saxlanılır. Mən bununla heç maraqlanmıram da. Şəxsi məsələdir, bunun işə aidiyyəti yoxdur».


Əlixan Məlikov həmin əməkdaşların onun qohumu olması haqda mətbuatın yazdığına münasibət bildirməyib.


Bir müddət öncə Milli Təhlükəsizlik Nazirliyi dövlətə xəyanətdə, qanunsuz silah və narkotik vasitə gəzdirməkdə, saxta pul əskinaslarının çapında ittiham olunan cinayətkar dəstəni saxladığı haqda məlumat yaymışdı. Mətbuat həmin saxlanılanlar arasında «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin üç əməkdaşının olduğunu da bildirmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG