Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:32

Əli İnsanovun üzrxahlığı qəbul edildi


Siyasətçilər Əli İnsanovu bağışladıqlarını deyirlər

Siyasətçilər Əli İnsanovu bağışladıqlarını deyirlər

Sabiq Səhiyyə naziri Əli İnsanov martın 1-də keçirilən məhkəmə prosesində vəzifədə olarkən haqlarında «müəyyən ifadələr» işlətdiyi İsa Qəmbərdən, Rəsul Quliyevdən və Rauf Arifoğludan üzr istədiyini bildirib.


Müsavat partiyasının başqanı vaxtilə onun ünvanına nə deməsindən asılı olmayaraq sabiq nazirin üzrxahlığını qəbul etdiyini və onu bağışladığını deyir. İsa Qəmbər hesab edir ki, əslində üzr istəmək ciddi haldır və bu insandan, siyasətçidən iradə tələb edir. İsa Qəmbər deyir ki, üzr istənilməsə də, onun nə Əli İnsanova, nə də ona hücum edən hakimiyyət nümayəndələrinə heç vaxt nifrəti olmayıb. Müsavat başqanının fikrincə, Əli İnsanovun hərəkəti hakimiyyətdəki bəzi adamlara nümunə olmalıdır və onlar da özlərində cəsarət tapıb indiyə qədər işlətdikləri ifadələrə görə, üzr istəsələr yaxşı olar.


Hazırda Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayan ADP sədri Rəsul Quliyev də sabiq naziri bağışlayır. «Bakı Xəbər» qəzetin baş redaktoru Aydın Quliyev deyir ki, o Əli İnsanovun üzrxahlığını Rəsul Quliyevə çatdırıb və cənab Quliyev bildirib ki, hansı səbəbdən və onun haqqında vaxtilə nə deməsindən asılı olmayaraq həmin adamların hamısını bağışlamağa, onların üzrxahlığını qəbul etməyə hazırdır.


Əli İnsanovun üzr istədiyi üçüncü şəxs «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu da, sabiq Səhiyyə naziri üzr istəməsəydi də belə onu çoxdan bağışladığını deyir: «Birincisi, Əli İnsanov indi çətin durumdadır, ikincisi, isə onun mövqeyi obyektivliyə doğru xeyli dəyişib».


Günün bütün mövzuları

XS
SM
MD
LG