Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:49

Təyyarə ilə bir sıra dərmanların daşınmasına qadağa qoyulub


Qərar bütün bilet satılan məntəqələrdə lövhəyə vurulacaq

Qərar bütün bilet satılan məntəqələrdə lövhəyə vurulacaq

Martın 1-dən etibarən təyyarə vasitəsilə gel, aerozol və duru dərman preparatlarının aparılmasına qadağa qoyulub.

Bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı qərar qəbul edib və «AZAL» Dövlət Hava Yolları Şirkətinə məktubla müraciət göndərib.


«AZAL»ın Mətbuat Xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir ki, məqsəd aviasiyada təhlükəsizliyin gücləndirilməsidir. Onun sözlərinə görə, yalnız tibbi arayış olarsa, duru dərman preparatlarının daşınmasına icazə veriləcək: «Səhiyyə Nazirliyi müəyyənləşdirəcək ki, bu icazə konkret hansı tibbi müəssisəsindən alınmalıdır».


Müəssisənin adı açıqlanandan sonra qərar bütün bilet satılan məntəqələrdə lövhəyə vurulacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG