Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:29

Kadırov gözəllik kraliçasına arvadı olmasını təklif edib


Ramzan Kadırovun hələlik bir həyat yoldaşı, beş qızı və bir oğlu var
Ramzan Kadırovun hələlik bir həyat yoldaşı, beş qızı və bir oğlu var

Çeçenistan prezidentinin müvəqqəti səlahiyyətlərini icra edən Ramzan Kadırov Afrikanın ekzotik ölkəsi – Keniyanın gözəllik kraliçasına onun həyat yoldaşlarından biri olmasını təklif edib. O, təklifini hədiyyə ilə - şəxsi həyətindən iki at, iki çolpa və keçi ilə qüvvətləndirib. Bu haqda Böyük Britaniyanın «Daily Telegraph» qəzeti yazır.


Bu təklif ötən bazar Çeçenistanda olan «Dünya Missisi-2007» tituluna keniyalı namizəd Kerolayn Verkeyki təəccübləndirsə də, o, bunu büruzə verməyib. Azacıq heyrətlənən gözəl Kadırovu qucaqlayıb və bir ildən sonra cavab verməyi vəd edib.


«Dünya Missisi-2007» tituluna 16 namizədin Çeçenistana səfəri bu cür qeyri-adi şəkildə başa çatıb. Müsabiqənin finalının (martın 8-də Qara dənizin Soçi kurortunda keçiriləcək) intizarı ilə Rusiya boyu səyahət zamanı kraliçaların çoxu hara getdiklərini bilmirdilər. Çarter reysi onları qonşu İnquşetiyaya çatdırıb. Sonra 15 qara «Porche»dən ibarət avtomobil dəstəsi onları Çeçenistana aparıb. Yol boyu onları separatçıların mümkün hücumundan qorumaq üçün hər 500 yarddan bir silahlı əsgərlər dayanırdı.


İslam dininə etiqad edən Ramzan Kadırovun hələlik bir həyat yoldaşı, beş qızı və bir oğlu var. Kadırovun sonuncu uşağı 2005-ci ilin noyabrında anadan olub. Oğlanı həlak olan babası - Çeçenistanın keçmiş prezidenti Əhməd Kadırovun şərəfinə Əhməd adlandırıblar. İslam çoxarvadlılığa imkan verir və Kadırov əvvəl də bəyan edib ki, kişinin saxlamaq imkanı varsa, dördə qədər həyat yoldaşı ola bilər.


Ramzan Kadırov heyvan hədiyyə etməklə səs-küylü nikah təklifi irəli sürən yeganə tanınmış şəxs deyil. Keniyanın cavan sakini Qodvin Kipkemoy Şepkurqor ABŞ-ın sabiq prezidenti Bill Klintonun qızı Çelsi Klintonun ürəyin ovlamaq üçün 20 inək və 40 keçi təklif etmişdi. Keniyalı 2000-ci ildə elçi göndərib və hələ də cavab gözləyir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG