Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:46

«İsa Qəmbərdən, Rəsul Quliyevdən və Rauf Arifoğludan üzr istəyirəm»


Əli İnsanov həyatına qarşı sui-qəsd törədilməsi ehtimalını istisna etməyib
Əli İnsanov həyatına qarşı sui-qəsd törədilməsi ehtimalını istisna etməyib

«Siyasi mövqeyimlə bağlı vəzifədə olarkən bir çox demokratik siyasətçilərin ünvanına bəzi ifadələr işlətmişəm. Buna görə də, İsa Qəmbərdən, Rəsul Quliyevdən və Rauf Arifoğludan üzr istəyirəm»-bu fikirləri keçmiş Səhiyyə naziri Əli İnsanov martın 1-də keçirilən məhkəmə prosesində söyləyib.


Əli İnsanov müstəqil mətbuatın məhkəmə prosesinə nə üçün buraxılmaması ilə bağlı hakimə sual verib. O, bildirib ki, müstəqil jurnalistlər olmadığından bəzi KİV-lər onun mövqeyini təhrif edir.


Keçmiş nazir dövlət ittihamçılarının səmimiyyətinə inanmadığı söyləyib. O, üzünü prokuror Kamran Əliyevə tərəf tutaraq deyib: «Mən sizdən qorxmuram. İndi dəmir barmaqlıqlar arasındayam, amma, bundan sonra nə planlar var gözəl bilirəm. Prezidentə də ünvanladığım müraciətdə göstərmişdim ki, heç nədən qorxmuram».


Cənab İnsanov özünün müdafiəsində iştirak edən müstəqil jurnalistlərə, demokratik qüvvələrə, beynəlxalq təşkilatlara xüsusən də Rizvan Talıbova təşəkkürünü bildirib.


Əli İnsanov dünəndən ona yemək verilmədiyini və ona qarşı sui-qəsd törədilməsi ehtimalını istisna etməyib.


Keçmiş nazirin vəkili Ağaverdi Şahverdi bildirib ki, dövlət əmlakını mənimsəməklə bağlı ittiham Əli İnsanovun həbsimdən 15 ay sonra elan olunub.


Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd və kütləvi iğtişaşda təqsirli bilinərək həbs edilib. Bu ilin fevral ayının 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq nazirin və Səhiyyə Nazirliyinin yüksək rütbəli on nəfər əməkdaşının məhkəməsi başlayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG