Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:48

İTV-nin saytı dağıdıldı və bərpa olundu


Martın 1-də İctimai Televiziyanın (İTV) internet səhifəsi yenidən dağıdılıb. Təxminən 10 dəqiqədən sonra sayt bərpa olunub. Özünü «Axteam» haker qrupu kimi təqdim edən hakerlər saytın yerində «Bacıoğlu» ləqəbli azərbaycanlı hakerə ünvanlanmış müraciət yerləşdiriblər. Müraciətdə deyilir ki, son zamanlar erməni hakerləri ilə «Bacıoğlu» adı ilə tanınan azərbaycanlı haker arasında müharibə gedir. Və bu müharibə xoşagəlməz nəticələr verir. Erməni haker yeni müharibə açmaq istəmədiyini bildirir və azərbaycanlı həmkarını sülhə çağırır.


İTV-nin Mətbuat Xidmətinin rəhbəri Tahir Məmmədov isə deyir ki, saytın ikinci dəfə dağıdılması hakerin aşkara çıxarılması işini asanlaşdıracaq: «Hazırda hüquq-mühafizə orqanları və mütəxəssislərlə birgə araşdırma aparırıq».


İTV-nin saytı yanvarın 22-də də dağıdılmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG